Ticarət müharibəsi dünya iqtisadiyyatına 850 milyard dollara başa gələcək

  • 6 Sentyabr, 2019 10:15
Ticarət müharibəsi dünya iqtisadiyyatına 850 milyard dollara başa gələcək

Çin və ABŞ arasındakı ticarət savaşından dolayı yaranan qeyri-müəyyən iqitsadi vəziyyət gələn ilin əvvəlinə kimi dünya iqtisadiyyatında 850 milyard ABŞ dolları həcmində vəsaitin itkisinə gətirib çıxara bilər.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin araşdırmasına görə ümumdünya ticarət siyasətinin qeyri müəyyənliyi 1970-ci ildən bu yana görünməyən səviyyəyə çatıb.

Analitiklərin qiymətləndirməsinə əsasən, bununla əlaqədar olaraq iqtisadi aktivlik enir, müəssisələr investisiyaları azaldır və artım templərini zəiflədirlər. Dünya miqyasında bu böhranın təsiri ÜDM-nin 1%-ni təşkil edəcək ki, bu da ABŞ iqtisadiyatında 200 milyard dollar, dünya iqrisadiyyatında 850 milyard dollar itkilərə gətirib çıxaracaq.