ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 10 Dekabr, 2019 09:33
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,38% - 27 909,60 bəndədək, "S&P 500" indeksi 0,32% - 3 135,96 bəndədək, NASDAQ isə 0,40% - 8 621,83 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,08% - 7 233,90 bəndədək, Almaniya DAX-ı 0,46% - 13 105,61 bəndədək, Fransa CAC-40-ı isə 0,59% - 5 837,25 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,30 dollar bahalaşaraq 1 466,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar artaraq 16,66 dollara satılıb.