ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 9 İyul, 2019 09:17
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,43% - 26 806,14 bəndədək, "S&P 500" 0,48% - 2 975,95 bəndədək, NASDAQ isə 0,78% - 8 098,38 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,05% - 7 549,27 bəndədək, Almaniya DAX-ı 0,20% - 12 543,51 bəndədək, Fransa CAC-40-ı isə 0,08% - 5 589,19 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,00 dollar ucuzlaşaraq 1 398,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,03 dollar artaraq 15,08 dollara satılıb.