ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 23 Yanvar, 2021 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,57% - 30 996,98 bəndədək, "S&P 500" indeksi 0,30% - 3 841,47 bəndədək azalıb, NASDAQ isə - 0,09% - 13 543,06 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,30% - 6 695,07 bəndədək, Almaniya DAX-ı 0,24% - 13 873,97 bəndədək, Fransa CAC-40-ı isə 0,56% - 5 559,57 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 9,40 ABŞ dolları ucuzlaşaraq 1 859,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,30 dollar azalaraq 25,56 dollara satılıb.