ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 22 May, 2020 08:35
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,41% - 24 474,12 bəndədək, "S&P 500" indeksi 0,78% - 2 948,51 bəndədək, NASDAQ isə 0,97% - 9 284,88 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,86% - 6 015,25 bəndədək, Almaniya DAX-ı 1,41% - 11 065,93 bəndədək, Fransa CAC-40-ı isə 1,15% - 4 445,45 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,60 ABŞ dolları bahalaşaraq 1 727,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,07 dollar azalaraq 17,30 dollara satılıb.