ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 19 Sentyabr, 2020 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,88% - 27 657,42 bəndədək, "S&P 500" indeksi 1,12% - 3 319,47 bəndədək, NASDAQ isə - 1,07% - 10 793,28 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,71% - 6 007,05 bəndədək, Almaniya DAX-ı 0,70% - 13 116,25 bəndədək, Fransa CAC-40-ı isə 1,22% - 4 978,18 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,20 ABŞ dolları bahalaşaraq 1 962,10 dollara, gümüşün unsiyasının qiyməti isə 0,03 dollar artaraq 27,13 dollara satılıb.