ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 16 Oktyabr, 2020 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,07% - 28 494,20 bəndədək, "S&P 500" indeksi 0,15% - 3 483,34 bəndədək, NASDAQ isə - 0,47% - 11 713,87 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,73% - 5 832,52 bəndədək, Almaniya DAX-ı 2,49% - 12 703,75 bəndədək, Fransa CAC-40-ı isə 2,11% - 4 837,42 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,70 ABŞ dolları ucuzlaşaraq 1 908,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,11 dollar artaraq 24,34 dollara satılıb.