ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 16 Yanvar, 2021 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,57% - 30 814,26 bəndədək, "S&P 500" indeksi 0,72% - 3 768,25 bəndədək, NASDAQ isə - 0,87% - 13 998,50 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,97% - 6 735,71 bəndədək, Almaniya DAX-ı 1,44% - 13 787,73 bəndədək, Fransa CAC-40-ı isə 1,22% - 5 611,69 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 21,50 ABŞ dolları ucuzlaşaraq 1 829,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,94 dollar azalaraq 24,87 dollara satılıb.