ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 9 iyul, 2021 08:16
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,75 % - 34 421,93 bəndədək, "S&P 500" indeksi 0,86 % - 4 320,82 bəndədək, NASDAQ isə - 0,72 % - 14 559,79 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,68 % - 7 030,66 bəndədək, Almaniya DAX-ı 1,73 % - 15 420,64 bəndədək, Fransa CAC-40-ı isə 2,01 % - 6 396,73 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,00 ABŞ dolları bahalaşaraq 1 805,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,03 dollar azalaraq 25,96 dollara satılıb.