ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 1 Dekabr, 2020 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,91% - 29 638,64 bəndədək, "S&P 500" indeksi 0,46% - 3 621,63 bəndədək, NASDAQ isə - 0,06% - 12 198,74 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,59% - 6 266,19 bəndədək, Almaniya DAX-ı 0,33% - 13 291,16 bəndədək, Fransa CAC-40-ı isə 1,42% - 5 518,55 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,10 ABŞ dolları bahalaşaraq 1 789,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,34 dollar artaraq 22,94 dollara satılıb.