ABŞ və Avropa fond bazarında əsas səhmlər dəyər itirib

  • 22 Aprel, 2020 08:44
ABŞ və Avropa fond bazarında əsas səhmlər dəyər itirib

Amerika fond bazarında "Dow Jones" indeksi 2,67% - 23 018,88 bəndədək, "S&P 500" indeksi 3,07% - 2 736,56 bəndədək, NASDAQ isə 3,48% - 8 263,23 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 2,96% - 5 641,03 bəndədək, Almaniya DAX-ı 3,99% - 10 249,85 bəndədək, Fransa CAC-40-ı isə 3,77% - 4 357,46 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,40 ABŞ dolları bahalaşaraq 1 700,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,05 dollar azalaraq 14,95 dollara satılıb.