ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 31 May, 2019 08:47
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,17% - 25 169,88 bəndədək, "S&P 500" 0,21% - 2 788,86 bəndədək, NASDAQ isə 0,27% - 7 567,72 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,46% - 7 218,16 bəndədək, Almaniya DAX-ı 0,54% - 11 902,08 bəndədək, Fransa CAC-40-ı isə 0,51% - 5 248,91 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,10 dollar bahalaşaraq 1 296,50 dollara, gümüşün unsiyasının qiyməti isə dəyişməyərək 14,49 dollara satılıb.