ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 24 Aprel, 2019 08:50
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,55% - 26 656,39 bəndədək, "S&P 500" indeksi 0,88% - 2 933,68 bəndədək, NASDAQ isə 1,32% - 8 120,82 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,85% - 7 523,07 bəndədək, Almaniya DAX-ı 0,11% - 12 235,51 bəndədək, Fransa CAC-40-ı isə 0,20% - 5 591,69 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2 dollar azalaraq 1 271,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 14,84 dollara satılıb.