ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 18 Mart, 2020 09:27
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 5,20% - 21 237,38 bəndədək, "S&P 500" indeksi 6,00% - 2 529,19 bəndədək, NASDAQ isə 6,23% - 7 334,78 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 2,79% - 5 294,90 bəndədək, Almaniya DAX-ı 2,25% - 8 939,10 bəndədək, Fransa CAC-40-ı isə 2,84% - 3 991,78 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,40 dollar bahalaşaraq 1 529,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,35 dollar artaraq 12,85 dollara satılıb.