ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 12 Sentyabr, 2019 09:12
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,85% - 27 137,04 bəndədək, "S&P 500" 0,72% - 3 000,93 bəndədək, NASDAQ isə 1,06% - 8 169,68 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,96% - 7 338,03 bəndədək, Almaniya DAX-ı 0,74% - 12 359,07 bəndədək, Fransa CAC-40-ı isə 0,44% - 5 618,06 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,40 dollar ucuzlaşaraq 1 502,80 dollara, gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 18,18 dollara satılıb.