ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 11 İyun, 2019 08:57
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,30% - 26 062,68 bəndədək, "S&P 500" 0,47% - 2 886,73 bəndədək, NASDAQ isə 1,05% - 7 823,17 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,59% - 7 375,54 bəndədək, Almaniya DAX-ı 0,77% - 12 045,38 bəndədək, Fransa CAC-40-ı isə 0,34% - 5 382,50 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,20 dollar bahalaşaraq 1 332,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,05 dollar artaraq 14,69 dollara satılıb.