ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 10 Oktyabr, 2019 09:25
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,70% - 26 346,01 bəndədək, "S&P 500" indeksi 0,91% - 2 919,40 bəndədək, NASDAQ isə 1,02% - 7 903,74 bəndədək artb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,33% - 7 166,50 bəndədək, Almaniya DAX-ı 1,04% - 12 094,26 bəndədək, Fransa CAC-40-ı isə 0,78% - 5 499,14 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,20 dollar bahalaşaraq 1 513,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,05 dollar artaraq 17,86 dollara satılıb.