ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 30 İyun, 2020 08:33
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 2,32% - 25 595,80 bəndədək, "S&P 500" indeksi 1,47% - 3 053,24 bəndədək, NASDAQ isə 1,20% - 9 874,15 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,08% - 6 225,77 bəndədək, Almaniya DAX-ı 1,18% - 12 232,12 bəndədək, Fransa CAC-40-ı isə 0,73% - 4 945,46 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,10 ABŞ dolları bahalaşaraq 1 783,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,07 dollar artaraq 18,13 dollara satılıb.