ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 27 May, 2020 08:34
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 2,17% - 24 995,11 bəndədək, "S&P 500" indeksi 1,23% - 2 991,77 bəndədək, NASDAQ isə 0,17% - 9 340,22 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,24% - 6 067,76 bəndədək, Almaniya DAX-ı 1,00% - 11 504,65 bəndədək, Fransa CAC-40-ı isə 1,46% - 4 606,24 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,20 ABŞ dolları ucuzlaşaraq 1 716,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,11 dollar azalaraq 17,48 dollara satılıb.