ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 16 Sentyabr, 2020 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% - 27 995,60 bəndədək, "S&P 500" indeksi 0,52% - 3 401,20 bəndədək, NASDAQ isə - 1,21% - 11 190,31 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,32% - 6 105,54 bəndədək, Almaniya DAX-ı 0,18% - 13 217,67 bəndədək, Fransa CAC-40-ı isə 0,32% - 5 067,93 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,30 ABŞ dolları bahalaşaraq 1 968,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 27,48 dollara satılıb.