ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 13 Fevral, 2021 08:37
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,09% - 31 458,40 bəndədək, "S&P 500" indeksi 0,47% - 3 934,83 bəndədək, NASDAQ isə - 0,50% - 14 095,47 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,94% - 6 589,79 bəndədək, Almaniya DAX-ı 0,06% - 14 049,89 bəndədək, Fransa CAC-40-ı isə 0,60% - 5 703,67 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,60 ABŞ dolları ucuzlaşaraq 1 823,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,28 dollar artaraq 27,33 dollara satılıb.