ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 8 iyul, 2021 08:25
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,30 % - 34 681,79 bəndədək, "S&P 500" indeksi 0,34 % - 4 358,13 bəndədək, NASDAQ isə - 0,01 % - 14 665,06 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,71 % - 7 151,02 bəndədək, Almaniya DAX-ı 1,17 % - 15 692,71 bəndədək, Fransa CAC-40-ı isə 0,31 % - 6 527,72 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 3,70 ABŞ dolları ucuzlaşaraq 1 798,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,14 dollar azalaraq 25,99 dollara satılıb.