ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 5 Dekabr, 2020 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,83% - 30 218,26 bəndədək, "S&P 500" indeksi 0,88% - 3 699,12 bəndədək, NASDAQ isə - 0,70% - 12 464,23 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,92% - 6 550,23 bəndədək, Almaniya DAX-ı 0,35% - 13 298,96 bəndədək, Fransa CAC-40-ı isə 0,62% - 5 609,15 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,10 ABŞ dolları ucuzlaşaraq 1 840,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,12 dollar artaraq 24,25 dollara satılıb