ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

  • 2 Dekabr, 2020 09:10
ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,63% - 29 823,92 bəndədək, "S&P 500" indeksi 1,13% - 3 662,45 bəndədək, NASDAQ isə - 1,28% - 12 355,11 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,89% - 6 384,73 bəndədək, Almaniya DAX-ı 0,69% - 13 382,30 bəndədək, Fransa CAC-40-ı isə 1,14% - 5 581,64 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,20 ABŞ dolları ucuzlaşaraq 1 813,70 dollara, gümüşün unsiyasının qiyməti isə 0,23 dollar azalaraq 23,86 dollara satılıb.