ABŞ və Avropa fond bazarında əsas indekslər fərqli dəyişib

  • 8 Aprel, 2021 08:30
ABŞ və Avropa fond bazarında əsas indekslər fərqli dəyişib

Amerika fond bazarında "Dow Jones" indeksi 0,05 % - 33 446,26 bəndədək, "S&P 500" indeksi 0,15 % - 4 079,95 bəndədək artıb, NASDAQ isə - 0,07 % - 13 688,84 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,91 % - 6 823,55 bəndədək artıb, Almaniya DAX-ı 0,24 % - 15 176,36 bəndədək, Fransa CAC-40-ı isə 0,01 % - 6 130,66 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,50 ABŞ dolları ucuzlaşaraq 1 739,10 dollara, gümüşün unsiyasının qiyməti isə 0,09 dollar azalaraq 25,16 dollara satılıb.