ABŞ və Avropa fond bazarında əsas indekslər fərqli dəyişib

  • 15 aprel, 2021 08:12
ABŞ və Avropa fond bazarında əsas indekslər fərqli dəyişib

Amerika fond bazarında "Dow Jones" indeksi 0,16 % - 33 730,89 bəndədək artıb, "S&P 500" indeksi 0,41 % - 4 124,66 bəndədək, NASDAQ isə - 0,99 % - 13 857,84 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,71 % - 6 939,58 bəndədək artıb, Almaniya DAX-ı 0,17 % - 15 209,15 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,40 % - 6 208,58 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,40 ABŞ dolları bahalaşaraq 1 738,70 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 25,50 dollara satılıb.