ABŞ Türkiyə poladına tətbiq olunan rüsumları 2 dəfə azaltdı

  • 17 May, 2019 09:24
ABŞ Türkiyə poladına tətbiq olunan rüsumları 2 dəfə azaltdı

ABŞ Türkiyədən idxal olunan polada tətbiq olunan rüsumları 25%-ə kimi azaldıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ evdən verilən məlumata əsasən bu qərar Türkiyədən polad idxalının 2018-ci ildə 48% azalması ilə əlaqədar qəbul olunub. Bütövlükdə isə ötən il bu metalın ABŞ-a idxalı 18% azalıb.

Xatırladaq ki, ötən il Türkiyə poladına 50% həcmində idxal rüsumları tətbiq olunmağa başladı.