ABŞ sakini milyonçu olduğunu sosial şəbəkədən bilib

  • 9 Dekabr, 2019 15:48
ABŞ sakini milyonçu olduğunu sosial şəbəkədən bilib

ABŞ-n Miçiqan ştatının Grand-Rapids şəhərinin sakini lotereyada 5 milyon dollar udduğunu "Facebook" səhifəsindən xəbər tutub.

"Finans.az" Rusiya mətbuatına istinadla xəbər verir ki, adı gizli saxlanılan amerikalı xanım "Lotta 47" adlı lotereya biletini aldıqdan sonra nəticə elan olunan gün onu yoxlamağı unudub. “Cavab elan olunan gecə "Facebook" şəbəkəsinə daxil oldum. Orada Kent vilayəti sakininin “cekpotu” udduğunu bildim. Anladım ki, uduşlu bilet mən aldığım dükandan əldə olunub“, - qadın mətbuata bildirib.

Biletini yoxlayan xanım qalib olduğunu aşkarlayıb. O, uduşu borcların ödənilməsinə və səyahətə xərcləmək istədiyini bəyan edib.

Nərgiz Malik