ABŞ proqnozu dəyişdi: Neftin orta qiyməti 63 dollar olacaq

  • 13 Mart, 2019 12:32
ABŞ proqnozu dəyişdi: Neftin orta qiyməti 63 dollar olacaq

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (İEA) bu il "Brent" markalı xam neftin qiyməti ilə bağlı proqnozunda dəyişiklik edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, EİA-nın mart ayı üzrə hesabatında bu il üçün "Brent" markalı neftin 1 barrelinin orta qiyməti 63 dollar olaraq müəyyən olunub. Ötən ay dərc olunan hesabatda isə qiymətin 61 dollar olacağı nəzərdə tutulmuşdu. Bununla da, EİA 2019-cu il üçün "Brent" üzrə proqnoz qiymətini 2 dollar artırıb.

Qeyd edək ki, mart hesabatında 2020-ci il üzrə "Brent" markalı neftin orta qiyməti 62 dollar həddində saxlanılıb.