ABŞ kollecində robot dərs keçməyə başlayıb

  • 22 Oktyabr, 2018 11:02
ABŞ kollecində robot dərs keçməyə başlayıb

ABŞ-ın hərbi akademiyasında maraqlı təcrübə dərs keçirilib.

"Finans.az" xəbər verir ki, dərsdə "Bina48" adlı robot tələbələrə fəlsəfə üzrə dərs keçib.

Fəlsəfə professoru William Barry artıq bir neçə ildir ki, "Bina48" adlı robot ilə çalışır. Robotun köməyi ilə Barry öyrənmək istəyir ki, süni zəka tələbələrin maraqlarını itirmədən humanitar fənlər üzrə dərs keçə bilər yoxsa yox. "Bina48" etik fəlsəfə üzrə hələki 2 seminar keçib. Həmin seminarlarda gələcək hərbi xidmətçilər etik normalar, ədalətli müharibə və süni zəkanın istifadəsi mövzularında müzakirələr aparıblar.

"Bina48" robotuna dərs planı və müharibə nəzəriyyəsi üzrə məlumatlar yüklənib. Həmin məlumatlar əsasında robot dərs keçməklə yanaşı həmçinin tələbələrin suallarına da cavab verməyi bacarıb. “Dərsin keçirilməsindən öncə biz düşünürdük ki, bu, əyləncə xarakteri daşıyacaq.