ABŞ-ın xam neft hasilatı 12 milyon barrelə düşüb

  • 14 Mart, 2019 14:27
ABŞ-ın xam neft hasilatı 12 milyon barrelə düşüb

ABŞ-ın xam neft hasilatı ötən həftə bir öncəki həftə ilə müqayisədə orta hesabla günlük 106 min barrel azalaraq 12 milyon barrelə enib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya İdarəsi ölkədəki xam neft ehtiyyatlarının da ötən həftə 3,9 milyon barrel azalaraq 449,1 milyon barrelə endiyini açıqlayıb.

Bazar proqnozları ehtiyyatların 2,6 milyon barrel artacağı istiqamətində idi. Qeyd edək ki, martın ilk həftəsində xam neft ehtiyatları 7,1 milyon barrel artım nümayiş etdirmişdi.

ABŞ-ın strateji neft ehtiyyatları keçən həftə dəyişməyib, 649,1 milyon barrel olaraq qalıb.