ABŞ-ın neftçiləri Rusiya və Səudiyyə Ərəbistanına qarşı sanksiyaları dəstəkləyən kampaniya başlatdı

  • 3 Aprel, 2020 09:49
ABŞ-ın neftçiləri Rusiya və Səudiyyə Ərəbistanına qarşı sanksiyaları dəstəkləyən kampaniya başlatdı

ABŞ-ın neft istehsalçıları Rusiya və Səudiyyə Ərəbistanına qarşı sanksiyaları dəstəkləyən lobbiçilik kapmaniyasına start verib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla onlar höküməti hər iki tərəfə hasilatı azaltmalarına dair təziq göstərməyə məcbur etmək istəyirlər.

Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlərə idxal olunan neftə rüsumların tətbiqi, Səudiyyə Ərəbistanına hərbi yardımın dayandırılması, Rusiyanın enerji resurslarına tariflərin tətbiqi və sair aid edilir. Bununla yanaşı Vaşinqtonla əməkdaşlıq edəcəyi təqdirdə Rusiyaya tətbiq olunan mövcud rüsumların ləğvi də nəzərdən keçirilir.