ABŞ-ın neft ehtiyatları 1,3 mln. barel artıb

  • 26 Fevral, 2020 13:52
ABŞ-ın neft ehtiyatları 1,3 mln. barel artıb

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (17-21 fevral) yekunlarına görə, ABŞ-da neft ehtiyatları artıb.

"Finans.az" xəbər verir ki, ABŞ-ın neft ehtiyatları 1,3 mln. barel artaraq 444,4 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 2 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Mənbə: apa.az