ABŞ "Huawei"lə biznes üçün lisenziyaları 90 günlük uzatdı

  • 19 Avqust, 2019 16:30
ABŞ

ABŞ şirkətlərinin "Huawei Technologies Ltd" ilə iş aparmaq üçün lisenziyalarının müddəti daha 90 gün uzadılacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ tricarət naziri Uilbor Ros deyib.

"Kənd yerlərində çalışan bəzi şirkətlər "Huawei"dən aslıdırlar. Ona görə də onlara bir az daha vaxt veririk", - nazir vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp lisenziyanın vaxtının uzadılacağını sual altına almışdı.