ABŞ hökumətinin aylıq xərci tarixi maksimuma çatdı

  • 13 İyun, 2019 14:25
ABŞ hökumətinin aylıq xərci tarixi maksimuma çatdı

ABŞ Maliyyə Nazirliyi federal hökumətin may ayına olan büdcə göstəricilərini açıqlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, cari ilin may ayı üzrə federal hökumətin büdcə kəsri 207 milyard 768 milyon dollara bərabər olub.

Bununla bərabər ABŞ hökumətinin may ayı ərzində xərcləri 439 milyard 833 milyon dollar olub ki, bu da ABŞ tarixində ən yüksək aylıq xərc həddinə bərabər olub.

Qeyd edək ki, ABŞ hökumətinin ötən ilin may ayı üzrə xərcləri 363 milyard 871 milyon dollar, büdcə kəsri isə 146 milyard 796 milyon dollar açıqlanmışdı.