ABŞ fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 21 Noyabr, 2020 09:10
ABŞ fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,75% - 29 263,48 bəndədək, "S&P 500" indeksi 0,68% - 3 557,54 bəndədək, NASDAQ isə - 0,42% - 11 854,97 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,27% - 6 351,45 bəndədək, Almaniya DAX-ı 0,39% - 13 137,25 bəndədək, Fransa CAC-40-ı isə 0,39% - 5 495,89 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,90 ABŞ dolları bahalaşaraq 1 872,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,33 dollar artaraq 24,49 dollara satılıb.