ABŞ fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 10 iyun, 2021 08:04
ABŞ fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,44 % - 34 447,14 bəndədək, "S&P 500" indeksi 0,18 % - 4 219,55 bəndədək, NASDAQ isə - 0,09 % - 13 911,75 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,20 % - 7 081,01 bəndədək, Almaniya DAX-ı 0,38 % - 15 581,14 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,19 % - 6 563,45 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,20 ABŞ dolları ucuzlaşaraq 1 889,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,17 dollar azalaraq 27,83 dollara satılıb.