ABŞ fond bazarında əsas səhmlər ucuzlaşıb

  • 5 Mart, 2021 08:18
ABŞ fond bazarında əsas səhmlər ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 1,11% - 30 924,14 bəndədək, "S&P 500" indeksi 1,34% - 3 768,47 bəndədək, NASDAQ isə - 2,11% - 12 723,47 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,37% - 6 650,88 bəndədək, Almaniya DAX-ı 0,17% - 14 056,34 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,01% - 5 830,65 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,40 ABŞ dolları ucuzlaşaraq 1 690,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,19 dollar azalaraq 25,28 dollara satılıb.