ABŞ fond bazarında əsas səhmlər dəyərdən düşüb

  • 29 May, 2020 08:33
ABŞ fond bazarında əsas səhmlər dəyərdən düşüb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,58% - 25 400,64 bəndədək, "S&P 500" indeksi 0,21% - 3 029,73 bəndədək, NASDAQ isə 0,46% - 9 368,99 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,21% - 6 218,79 bəndədək, Almaniya DAX-ı 1,06% - 11 781,13 bəndədək, Fransa CAC-40-ı isə 1,76% - 4 771,39 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,40 ABŞ dolları bahalaşaraq 1 732,70 dollara, gümüşün unsiyasının qiyməti isə 0,01 dollar azalaraq 17,95 dollara satılıb.