ABŞ fond bazarında əsas səhmlər dəyər qazanıb

  • 20 Aprel, 2019 10:10
ABŞ fond bazarında əsas səhmlər dəyər qazanıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,42% - 26 559,54 bəndədək, "S&P 500" 0,16% - 2 905,03 bəndədək, NASDAQ isə 1,98% - 7 998,06 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,15% - 7 279,19 bəndədək azalıb, Almaniya DAX-ı 0,57% - 12 222,39 bəndədək, Fransa CAC-40-ı isə 0,31% - 5 580,38 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,80 dollar ucuzlaşaraq 1 276,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar artaraq 14,96 dollara satılıb.