ABŞ fond bazarında əsas səhmlər dəyər itirib

  • 21 Aprel, 2020 08:45
ABŞ fond bazarında əsas səhmlər dəyər itirib

Amerika fond bazarında "Dow Jones" indeksi 2,44% - 23 650,44 bəndədək, "S&P 500" indeksi 1,79% - 2 823,16 bəndədək, NASDAQ isə 1,03% - 8 560,73 bəndədək azalıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,45% - 5 812,83 bəndədək, Almaniya DAX-ı 0,47% - 10 675,90 bəndədək, Fransa CAC-40-ı isə 0,65% - 4 528,30 bəndədək artıb.