ABŞ fond bazarında əsas səhmlər bahalaşıb

  • 16 Yanvar, 2020 09:27
ABŞ fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,31% - 29 030,22 bəndədək, "S&P 500" indeksi 0,19% - 3 289,29 bəndədək, NASDAQ isə 0,08% - 9 258,70 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,27% - 7 642,80 bəndədək artıb, Almaniya DAX-ı 0,18% - 13 432,30 bəndədək, Fransa CAC-40-ı isə 0,14% - 6 032,61 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,90 dollar bahalaşaraq 1 555,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,05 dollar azalaraq 17,94 dollara satılıb.