ABŞ fond bazarında əsas səhmlər bahalaşıb

  • 21 Oktyabr, 2020 09:10
ABŞ fond bazarında əsas səhmlər bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,40% - 28 308,79 bəndədək, "S&P 500" indeksi 0,47% - 3 443,12 bəndədək, NASDAQ isə - 0,33% - 11 516,50 bəndədək artıb.

"Finans.az" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,08% - 5 889,22 bəndədək artıb, Almaniya DAX-ı 0,92% - 12 736,95 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,00% - 4 929,28 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,30 ABŞ dolları bahalaşaraq 1 922,80 dollara, gümüşün unsiyasının qiyməti isə 0,26 dollar artaraq 25,24 dollara satılıb.