ABŞ-dan ticarət müharibəsində geri addım: Təxirə saldı

  • 14 Avqust, 2019 11:06
ABŞ-dan ticarət müharibəsində geri addım: Təxirə saldı

ABŞ Çindən idxal olunan məhsullara 1 sentyabrdan etibarən tətbiq olunacaq əlavə gömrük rüsumlarını bəzi məhsullar üçün təxirə salıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ticarət təmsilçisi tərəfindən verilən məlumata əsasən təxirə salma 15 dekabra qədər davam edəcək.

Əlavə gömrük rüsumlarının tətbiq edilməyəcəyi məhsullar arasında mobil telefonlar, notbuklar, kompüter ekranları, video oyun konsolları, oyuncaqlar, ayaqqabı və geyim əşyaları yer alıb.

Açıqlamaya əsasən bu qərar sağlamlıq və digər faktorlara görə qəbul olunub.

Qərarın ardından "Apple" səhmləri birjada 5%-dən çox bahalaşıb.