“A-Kond” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

  • 30 Mart, 2020 18:20
“A-Kond” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “A-Kond” MMC tərəfindən könüllü ianə edilib.

“Finans.az” “A-Kond” MMC-yə istinadən xəbər verir ki, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 10 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

“A-Kond” MMC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.