Beynəlxalq təşkilatın istiqrazları hərraca çıxarılır - TARİX AÇIQLANDI

  • 26 İyul, 2019 17:23
Beynəlxalq təşkilatın istiqrazları hərraca çıxarılır - TARİX AÇIQLANDI

1 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının korporativ istiqrazları üzrə hərrac keçiriləcək.

"Finans.az" bu barədə BFB-yə istinadən xəbər verir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

İstiqrazın növüKorporativ, təmin olunmamış
Qiymətli kağızın ISIN koduAZ2001021487
Emissiya həcmi 10 000 000 AZN
Nominal dəyəri 1000 AZN
İstiqrazların tədavül müddəti730 gün (2 il)
Faiz gəliri9.25 %
Ödəmə tarixi31 İyul 2021
AnderrayterPaşa Kapital İŞ QSC

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.