9 ayda 346 mln dollarlıq neft məhsulları ixrac edib

  • 16 Oktyabr, 2019 12:29
9 ayda 346 mln dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu ilin yanvar- sentyabr aylarında 708 054,59 ton həcmində neft məhsulları ixrac edib.

“Finans.az” xəbər verir ki, bu həcmdə neft məhsullarının dəyəri 345 819,25 min ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 15,5%, dəyəri isə 18,66% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,33% olub.


Mənbə: report.az