80 milyona yaxın zərər açıqlayan bank kapitalını 52 milyon manat artırdı

  • 7 Yanvar, 2019 13:27
80 milyona yaxın zərər açıqlayan bank kapitalını 52 milyon manat artırdı

“Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.

“Finans.az” BFB-yə istinadən xəbər verir ki, əqd Bankın hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur.

Son nəticədə “Nikoil Bank”ın nizamnamə kapitalı 8,8% artaraq 296 mln. manatdan 348 mln. manata yüksəlib.

Qeyd edək ki, 2018-ci ilin 3-cü rüb göstəricilərinə əsasən bank 79 mln. 901 min manat zərər açıqlayıb.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmdarları “Topaz Investments” QSC, Marina Kulişova və “ISR Holding” MMC-dir.