8 sığorta şirkətinin yığımları azalıb, 13-də artıb - DİNAMİKA

  • 10 İyun, 2019 16:55
8 sığorta şirkətinin yığımları azalıb, 13-də artıb - DİNAMİKA

"Finans.az" 2019-cu il yanvar-aprel ayları üzrə sığorta şirkətlərinin topladıqları sığorta haqlarının illik dinamikasını təqdim edir:

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66,7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

İllik müqayisədə 13 sığorta şirkətinin yığımlarında artım qeydə alınsa da, 8 sığorta şirkətinin yığımlarında azalma müşahidə olunub. Yığımlarında ən çox artım “Xalq Sığorta”, “Rəvan Sığorta” və “Amrah Sığorta”da qeydə alınıb.

Sığorta şirkəti Sığorta Haqları 2019
(manat)
İllik dinamika
“Xalq Sığorta” 9.368.175 250%
“Rəvan Sığorta” 818.142 111%
“Amrah Sığorta” 137.493 77%
“Qala Sığorta” 7.422.647 56%
"Naxçıvansığorta" 127.794 50%
“Standard Insurance” 2.785.906 16%
“Bakı Sığorta” 298.429 12%
“Atəşgah” Sığorta 11.963.663 10%
“İpək Yolu Sığorta” 7.870.706 10%
“A-Qroup Sığorta Şirkəti” 2.351.631 8%
“AtaSığorta” 6.423.197 5%
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 33.009.818 3%
“Paşa Sığorta” 71.970.155 1%
“Meqa Sığorta” 11.130.004 -11%
“AZSIĞORTA” 4.573.680 -14%
“Azərbaycan Sənaye Sığorta” 2.245.806 -19%
“Atəşgah Həyat” Sığorta 12.370.119 -29%
“Paşa Həyat Sığorta” 74.597.365 -31%
“Qala Həyat” Sığorta 3.601.634 -32%
“Günay Sığorta” 1.229.297 -53%
“AXA MBASK” Sığorta 1.000.821 -85%