8 ayda 24 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

  • 12 Sentyabr, 2019 13:51
8 ayda 24 milyard manatı nələrə xərcləmişik? - SİYAHI

2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 milyard manata bərabər olub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,2% artıb.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilin yanvar-avqust aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi24 175,2102,9
o cümlədən:
ərzaq məhsulları11 078,3 102,8
içkilər və tütün məmulatları1 139,8100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar4 343,8102,9
elektrik malları və mebellər1 471,8102,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları199,9102,6
əczaçılıq və tibbi mallar317,7103,1
avtomobil yanacağı1 337,7101,9
digər qeyri-ərzaq məhsulları4 286,2104,1

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%- elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 %-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i ticarət müəssisələri, 49,3%-i fərdi sahibkarlar tərəfindən, 30,1%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artmış, bazar və yarmarkalarda isə 5,2% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.